XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 09:03

“Sakinlər ayrılan mənzillərdən imtina ediblər” – İcra başçısı

Binada yaşayan 53 ailənin əksəriyyətinə 1000 manat kompensasiya veriləcək

Strateq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İgəndərov bildirib. İcra başçısının sözlərinə görə, binada yaşan 53 ailədən 4 və 5-i istisna olmaqla, qalan ailələr kompensasiya almaq üçün müraciət ediblər: “Hələlik komissiya işləyir. Binanın yenidən istifadəyə yararlı olub-olmayacağı barədə qərarı onlar verəcəklər. Digər binaların fasadlarının sökülməsi ilə bağlı qərarı isə dövlət özü verəcək”.

X.İsgəndərov həmçinin bildirib ki, mənzili yanan sakinlər onlara ayrılan müvəqqəti yaşayış yerlərindən imtina ediblər: “Biz onlara sanatoriyada yer ayırdıq. Şəhərə gedib gələmələri üçün də avtovus ayırmışdıq. Lakin sözügedən mənzillər şəhər kənarında yerləşdiyi üçün imtina ediblər. Onlar hər biri mənzil kirayə götürə bilərlər. Bütün kirayə haqqları da dövlət tərəfindən ödəniləcək”.