XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

06 Mart 2015 - 13:30

Marketdə qiymət saxtakarlığı – alıcılar aldadılır

İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, ölkə regionlarında da davam etdirilir.

Dövlət Xidməti tərəfindən Qəbələ rayonu, Zarağan kəndində Tacəddin Həmidova məxsus “Yeni market”də aparılan yoxlama zamanı malların yarlığında göstərilən qiymətlərlə, nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu müəyyən edilib.

Bununla da əsassız qiymət artımı yaratmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxs barədə müvafiq tədbirlər görülüb.