XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

20 May 2015 - 09:25

Bakıda Atatürkü anım tədbiri keçirilib

tedbir.jpg

Dünən “Azərbaycan Atatürk Mərkəzi”ndə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Jurnalist Qadınlar Assosiyasiyası ilə birgə “Atatürk və Türk gəncliyi” adlı dəyirmi masa keçirib. Tədbiri giriş sözü ilə açan TUMİB-in sədri çingiz Bayramov bildirib ki, hər il mayın 19-da Türkiyədə Atatürkü anma, gənclik və idman bayramı qeyd edilir. Atatürkün bir siyasi rəhbər olaraq fəaliyyətindən danışan ç.Bayramov onun əbədiyaşar rəhbərlik fəaliyyətinin Türk gəncliyi üçün bir örnək olduğunu göstərib.

Daha sonra Bakıdakı Atatürk lisəsinin 7-ci sinif şagirdi Ayan Məmmədli Atatürkün “Gəncliyə xitab”ını oxuyub.

Azərbaycan Jurnalist Qadınlar Assosiyasiyasının prezidenti Sevil Yusifova da Atatürk və Heydər Əliyevin şəxsiyyətləri arasında paralellik aparıb, hər ikisinin fəaliyyətinin dünya Türk gəncliyi üçün bir nümunə olduğunu dilə gətirib. Natiq çıxışında Atatürkün Türk qadınına verdiyi dəyərdən bəhs edib və Atatürk əleyhinə olan təbliğatçıları tənqid etib.

Anadolu Universitetinin “Azərbaycan proqramları”nın rəhbəri Azər Hətəmov tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək bugünkü gəncliyi Türkiyənin və Azərbaycanın düşmənlərinə qarşı mübariz olmağa səsləyib.

Milli Qeyri-Hökumət Təşkilatlarının Forumunun (MQF) prezidenti Rauf Zeyni Atatürkçülük məfkurəsinin müasir Azərbaycan gəncliyi tərəfindən davam etdirilməsinin vacibliyindən danışıb.

Türkiyə Cumhuriyyəti Mətbuat müşavirliyinin əməkdaşı Habil Əliyev Türkiyə Azərbaycan qardaşlığından söhbət açıb və gəncləri Atatürk ideyalarını sosial mediada təbliğ etməyə dəvət edib.

TUMİB Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov Atatürkün Türk tarixçiliyinin, dilçiliyinin və dövlətçiliyinin inkişafındakı rolundan və Anadolunun minillərdir Türk torpağı olduğunu sübut etməsindən bəhs edib.

Tədbirdə TUMİB-in Türkiyə təmsilçisi Lalə Həsənoğlu, Ramin İsmayılov, Qarabağ qazisi İsmayıl Tunc, tarixçi alim Nüşabə Məmmədli, orta məktəb müəlliməsi Aynur Zamanova və tələbələr də çıxış etdilər.