XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 11:40

Bakıda binaları yeni materialla üzləməyə başladılar
Bu gündən Bakıda bəzi binaların üzlənməsi üçün yeni materiallardan istifadə olunmasına başlanılıb.
Strateq.az xəbər verir ki, “Report”un əməkdaşları şəhərin Atatürk prospektində yerləşən binaların yeni – daş materiallarla üzlənməsi prosesini izləyiblər.
üzlənmə ilə təmir-bərpa işləri davam etdirilən binaların qarşısından poliuretan üzlük materiallarının yığışdırılması və onların əvəzinə yeni üzlüklərin gətirilməsinə başlanılıb.
İş icraçısı Ramin Cəfərov sayta bildirib ki, yeni üzlüklər İtaliya istehsalıdır: “Bizə dəqiq heç nə deməyiblər. Sadəcə, səhər saatlarından başlayaraq poliuretan materialları yığışdırıb, əvəzinə yeni materiallar gətiriblər. Bunlar İtaliya istehsalı olan yanmayan materiallardır”.