XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2020 - 16:27

Çində koronavirusa qarşı qeyri-adi peyvəndin sınaqlarına başlanılıb –Detallar

Çində koronavirusa qarşı qeyri-adi bir peyvəndin sınaqlarına başlanılıb.

Bu, böcək hüceyrələrinə əsaslanan rekombinant (genetik olaraq hazırlanmış) bir peyvənddir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, peyvənd Siçuan Universitetində hazırlanıb və onun əməkdaşları artıq meymunlarda və digər heyvanlarda sınaqdan keçiriblər. Ciddi yan təsirləri bu günə qədər məlum deyil.

Testlərin nəticələri hələ açıqlanmasa da, ildə ən azı 100 milyon dəst istehsal etməyə artıq hazırlıq gedir.

Rəsmi dövlət qurumları bu peyvəndin klinik sınaqlarının başlamasını təsdiqləyib.

Vaşinqton Universitetinin Tibb Məktəbi də öz peyvəndini təqdim edib. O, burun vasitəsilə bir dozada qəbul edilə bilər.

Dərmanın siçanlardakı testləri, adi enjeksiyonlara nisbətən koronavirusa həssas olan məməlilərdə infeksiyanın qarşısını almaqda daha təsirli olduğunu göstərib.