XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 August 2020 - 17:37

Təhsil Naziri:"Şagirdi məktəbə göndərib-göndərməməklə bağlı qərarı valideyn verəcək"

“Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər tədrisin oktyabrın 1-də həftədə iki dəfə olmaqla başlaması planlaşdırılır”.

Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Prosesin noyabr ayının 2-nə kimi davam etməsi nəzərdə tutulur”, – nazir əlavə edib.

E.Əmrullayev qeyd edib ki, sentyabrın 15-dən I-IV siniflər üçün ənənəvi qaydada dərslər başlayacaq:

“Dərslərin həftədə 2-3 dəfə olması təklif edilir. V-IX siniflərdə isə tədris distant tətbiq olunacaq.

X-XI siniflər üçün əyani dərs oktyabrın 1-dən başlaması düşünülür. Həmin müddətdən sonra 1 milyon 300 min şagirdin məktəbə qaytarılması mümkün ola bilər”/Report.