XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2020 - 17:55

Nazir:"Təhsil haqqı üçün hər tələbəyə güzəşt edilməsi mümkün deyil"

“Hazırda ölkədə 176 min tələbədən 113 mini ödənişli təhsil alır”.

Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, 15 209 tələbənin təhsil haqları dövlət tərəfindən ödənilir: “Güzəştlərin olması ehtiyac meyarı üzərindən olmalıdır. Hamıya güzəştin edilməsi mümkün deyil”.

Xatırladaq ki, ekspertlər dərslərin onlayn qaydada keçirilməsini nəzərə alaraq, təhsil haqlarının yarıbayarı azaldılmasının zəruri sayırlar.