“Müəllimlərin işə qəbulu müsabiqəsində şərtləri dəyişib, kiməsə güzəşt etmək düzgün olmaz ”.
Bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
E. Əmrullayev deyib ki, hərbçi, dövlət qulluğunda işləyən ailələrlə bağlı müəllimlərə güzəştlər ola bilər : “Hazırda müəllimlərin işə qəbulu müsabiqəsi müəllimlərin işə qəbulu ilə bağlı ən düzgün qərardır”/APA.