XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Sentyabr 2020 - 13:35

Komitə sədri:"Daxili Qoşunların və hərbi qulluqçuların statusu haqda layihələr müzakirəyə çıxarılacaq"

“Milli Məclisin yaz sessiyasından iki qanun layihəsi – “Daxili Qoşunların statusu haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələri qalıb. Həmin qanun layihələrini payız sessiyasında qəbul etməyi planlaşdırırıq”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z.Əsgərov həmin qanun layihələri razılaşdırmaq üçün müvafiq qurumlara göndərilib:“Ola bilər ki, biz bu qanunlara xeyli dəyişiklik edək, ya da ayrıca qanun qəbul edək. Bu, müvafiq qurumların rəylərindən asılı olacaq. Biz müvafiq qurumların rəylərini toplayırıq. Məsləhətləşmələrdən sonra konkret nəticəyə gələcəyik ki, ayrıca yeni qanun qəbul edək, yoxsa mövcud qanunlara əlavə və dəyişikliklərlə kifayətlənək”/APA.