XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

21 Mart 2016 - 09:53

Azərbaycan Moskvadakı sərgiyənə aparır?

sergi mosk

 

Martın 23-dən 26-dək Moskvada «MİTT 2016» beynəlxalq turizm sərgisi keçiriləcək.

Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Leyla Verdiyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə, həmçinin Şahdağ Turizm Kompleksinin, «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL), «AITF» turizm sərgisinin, «Formula-1» təşkilat komitəsinin və 20-ə yaxın yerli turizm şirkəti təmsilçilərinin iştirakı planlaşdırılır.

Beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı icarəyə götürülmüş 72 kvadratmetrlik pavilyonda nümayiş olunacaq. Burada Azərbaycanın görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri təqdim ediləcək.

Mədəniyyət və Turizm Nazirliyi artıq onuncu dəfədir ki, «MITT» beynəlxalq turizm sərgisində iştirak edir.