XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 September 2020 - 10:55

COVID-19-la mübarizəyə 600 milyon manat ayrılacaq –Gələn ilin büdcəsində

Azərbaycanın gələn ilki dövlət büdcəsində COVID-19 pandemiyası ilə mübarizə tədbirləri üçün 600 milyon manat ayrılacaq.

Bu, Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində yer alıb.

Məlumata görə, 2021-ci ilin dövlət büdcəsini əsas səciyyələndirən xüsusiyətlərindən biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir.

Həmçinin, COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci ildə də davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb/Report.