“Bu il üçün müəllimlərin işə qəbulu üzrə 8 300-ə yaxın vakant yer çıxarılıb. Əvvəlki illərdən fərqli olaraq bu il peşə məktəbləri üçün də vakant yer təqdim olunub”.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
O bildirib ki, keçid balı toplayıb indiki seçimdə iştirak edə bilməyənlər ilboyu olacaq yerləşdirmələrdə iştirak edib vakant yer tuta biləcəklər/Report.