XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

09 Sentyabr 2020 - 12:34

Millət vəkili:“Əlilliyin təyin edilməsində ciddi problemlər var”

“Əlilliyin təyin edilməsi sahəsində ciddi problemlər var”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Jalə Əliyeva bildirib.

J.Əliyeva deyib ki, vətəndaş müraciət etsə də, ona sənədlərin natamam olduğu barədə cavab gəlir: “Mənə müraciət edən seçicilərin demək olar ki, hamısında belə problem yaranır. Vətəndaş TƏBİB-lə rayon, Bakı və rayon arasında qalır. Bu hallar aradan qaldırılmalı, vətəndaşlar dövlətdən narazı salınmamalıdır”.

Millət vəkili qeyd edib ki, Özünüməşğulluq Proqramı ilə bağlı müraciətlərə baxılmasında da bəzi hallarda laqeydlik müşahidə olunur: “Bu kimi hallar da aradan qaldırılmalıdır”.