XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2020 - 11:54

Vahid Əhmədov:"Uşaq pulu məsələsinə birdəfəlik nöqtə qoymalıyıq"

“Ölkədə Azərbaycan dilindən başqa bütün dillərdə reklam var. Dövlət Reklam Agentliyinin yaradılmasına baxmayaraq, bu məsələ həll edilməyib. Reklamlar Azərbaycan dilində olmalıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Onun fikincə, bu məsələ ilə bağlı Agentliklə dinləmələr keçirilməlidir.

Millət vəkili həmçinin bildirib ki, bank sistemində problemlər var və bununla bağlı Azərbaycan Mərkəzi Bankl ilə dinləmələr keçirilməlidir.

Bundan başqa, onun sözlərinə görə, Rəqabət Məcəlləsinin qəbul olunması vacibdir: “Biz bu məsələni qaldırmaqdan yorulmuşuq. Məcəlləni biz qəbul etməliyik. Hər sessiyada bizə deyirlər ki, gələn sessiya hazır olacaq”.

O, uşaq pulunun bərpa olunması məsələsini də qaldırıb: “Biz bu məsələyə birdəfəlik nöqtə qoymalıyıq ki, uşaq pulu verilir, ya yox. Bu, çox ciddi bir məsələdir”/Report.