XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

20 Sentyabr 2020 - 16:03

Yeni icra başçısından daha bir dəyişiklik –Şöbə müdiri vəzifədən azad edilib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov daha bir şöbə müdirini vəzifədən azad edib.

Məlumata görə, icra başçısının müvafiq əmrlə Saatlı Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Vasif Allahverdiyev vəzifəsindən çıxarılıb.

Onun yerinə təyinat olmayıb.

Qeyd edək ki,  icra başçısı bundan əvvəl I müavini İlham Quliyevi, digər müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqovanı və Memarlıq və təsərrüfat şöbəsinin müdiri Yusifəli İsgəndərovu da vəzifələrindən azad edib.

Onu da xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib/Mia.az