XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2020 - 16:55

Əhliman Əmiraslanov:"Sanitariya-epidemioloji salamatlıq haqqında hüquqi aktlar hazırlanır"

“COVID-19 pandemiyası ilə bağlı ölkədəki mövcud vəziyyət daim Milli Məclisin Səhiyyə komitəsinin diqqət mərkəzində olub”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizə tədbirləri çərçivəsində Milli Məclisin Səhiyyə Komitəsinin, eləcə də ölkənin səhiyyə ictimaiyyəti və deputatların iştirakı ilə dinləmələr və sorğular keçirilib, pandemiya ilə bağlı təkliflər hazırlanıb:

“COVID-19 pandemiyası ilə bağlı Milli Məclisin bir çox komitələrində iclaslar keçirilərək, qanun layihələri hazırlanıb və ümumilikdə bununla bağlı Milli Məclis tərəfindən 10 qanun layihəsi qəbul edilib.Milli Məclis və  Səhiyyə Nazirliyi pandemiyaya qarşı mübarizədə əhalinin sağlamlığının qorunması, eləcə də sanitariya-epidemioloji salamatlıq haqqında hüquqi aktlar hazırlayır”/Report.