XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2019 - 17:51

Evdar qadınlar necə pensiya kapitalı toplaya bilərlər?

Əmək pensiyalarının hesablanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda əksini tapıb.

2006-ci il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajına mütənasib olaraq hesablanır) pensiya kapitalı hesablanır və 01 yanvar 2006-cı il tarixinə qeydə alınır.

2006-cı il 01 yanvar tarixindən sonra isə müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı hesablanır. Bu məqsədlə 2006-cı ildən başlayaraq hər ilin əvvəlinə həmin hesabda olan pensiya kapitalı 2006-ildən 2016-cı illər üzrə hər il üçün istehsal qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir.

2017-ci ildən etibarən isə pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək-haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Əgər pensiya kapitalında 10 min manat vəsait varsa və illik inflyasiya səviyyəsi 6 faizdirsə, o zaman həmin məbləğə 600 manat əlavə olunacaq

Hər üç səviyyədə alınan pensiya kapitalı toplanır və şəxsin ümumi pensiya kapitalı müəyyənləşdirilir. Alınan rəqəm 144-ə bölünərək yaşa görə əmək pensiyasının sığorta hissəsi tapılır. Yəni yaşa görə əmək pensiyasının sığorta hissəsi SH (sığorta hissə) = PSK (pensiya sığorta kapitalı) bölünsün T (gözlənilən pensiya ödənişi aylarının sayıdır ki, bu da qanunvericilikdə 144 müəyyən edilib) ilə hesablanır.
“Əmək pensiyaları haqqında” qanunun 6.3. maddəsinə əsasən, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduqda hesablanır.

Əmək pensiyası almaq üçün ya minimum yığıma ehtiyac var, ya da pensiya kartında yığım azdırsa, amma 25 il stajı varsa, o zaman vətəndaş avtomatik olaraq minimum pensiya almaq hüququ qazanır. Əgər vətəndaş 25 il işləməyibsə, pensiya kartında hər hansı məbləğ varsa, hətta bu məbləğ 1 manatdırsa belə, bu halda da avtomatik olaraq vətəndaş 25 il iş stajına malik olmuş hesab olunur. Bununla da minimum məbləğdə, mövcud qaydalara əsasən, oktyabrın 1-dən 200 manat pensiya almaq imkanına malik olur.

Bu məqalə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Avropa İttifaqı və UNDP-nin dəstəyi ilə ilə icra olunan “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanıb.