XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2019 - 18:02

Azərbaycanda ev təsərrüfatında işlər necə bölünür?- Qadınların ödənilməyən əmək və qayğısını necə dəyərləndirməli?

Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınların hüquqlarının qorunması haqqında 1995-ci ildə Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğvi üzrə BMT Konvensiyasına (CEDAW) qoşulmaqla demək olar ki, bütün mühüm beynəlxalq sənədləri təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyası özündə qadın və kişilər arasında gender bərabərliyi fəlsəfəsini əks etdirir. Azərbaycan həmçinin “Gender bərabərliyinin (qadın və kişilər arasında) təminatı” haqqında (2006-cı il) və “Məişət Zorakılığı” haqqında qanun layihələrini (2010-cu il) qəbul etmişdir.

Azərbaycanın Gender Bərabərsizliyi İndeksi (GII) 0.754-dür və 189  ölkə arasında 87-ci  yerdə sıralanır.  Bu qeyri-bərabərliyin aydın təzahür etdiyi sahələrədn biri də ev təsərrüfatında və ailədə öhdəliklərin müəyyən edilməsində, ödənişsiz qayğı və məişət işini qiymətləndirilməsidir. Bu problem qlobal kontekstə də aktualdır. BMT-nin 2018-ci il üçün dayanıqlı İnkişaf Məqsədləri Hesabatında (The Sustainable Development Goals Report 2018)  xüsusilə qeyd olunur ki,  qadınlar ev işlərinə və ailə üzvlərinə qayğıya, yəni ödənişsiz əməyə kişilərdən 3 dəfə çox zaman sərf edirlər. Azərbaycanda ictimai diqqət və hökumətin fokusundan kənarda qalsa da, bu problem kifayət qədər  ciddidir. Dövlət Statistika Komitəsinin  2018-ci il üçün “Kişilər və qadınlar” statistik  məlumatlar  nəşrindən məlum olur ki, qadınlar gəlir gətirən işə  və təhsilə 1.44 saat, kişilər isə 4.40 saat sərf edir. Qadınlar haqqı ödənilməyən işlərə 6.06 saat, kişilər isə 2.08 saat sərf edir. Qadınların asudə vaxtı, 2.32 saatdır, kişilərdə isə  3.15-dir.

 Evdar qadınların  əməyi pulla ödənilsəydi…

Amerikanın Salary.com Inc. tədqiqat mərkəzinin ekspertlərinin hesablamalarına görə, əgər evdar qadınların əməyi pulla ödənilsəydi, o zaman onların maaşı səylə çalışan ərlərinin əmək haqqından xeyli yüksək olardı. Çünki evdar qadın həftənin 91 saatını işləyir və eyni vaxtda müxtəlif işlər görür – ev yığışdırır, xörək bişirir, uşaqların dərsləri, tərbiyəsi ilə məşğul olur və s. Amerikalı ekspertlər evdar qadının gördüyü  10 peşənin maaşını hesablayıblar və maraqlı qənaətə gəliblər. Onlar dəqiqləşdiriblər ki, ev qulluqçusu, aşbaz, uşaq tərbiyəçisi, paltaryuyan, sürücü, texniki assistent, süpürgəçi, kompüter operatoru, baş direktor və psixoloq peşəsinin öhdəsindən gələn qadınlar bunun müqabilində ildə 138 mimin 95 dollar maaş ala bilərlər.

İşləməyən evdar qadınların problemləri

Bu sahədə daha ağır vəziyyətdə olan isə işləməyən evdar qadınlardır.  Uşaq doğulduqdan sonar dövlət tərəfindən yalnız birdəfəlik  200  manat  uşaq pulu verilir. İşləyən qadınların hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti 126 təqvim günü təşkil edir (doğuşa qədər 70 təqvim günü, doğuşdan sonra 56 təqvim günü).  Ağır  doğuş, iki və daha artıq uşağın doğulması zamanı doğuşdan sonrakı məzuniyyətin müddəti 70 təqvim gününə qədər uzadılır.

İşləməyən evdar qadınlar isə yalnız yaşa görə hədindən çox az olan yaşa görə pensiya ala biləcəklər. Beləliklə, baxmayaraq ki, qadınlar daha çox haqqı ödənilməyən işlərə

Ölkədə 1.411 mln. nəfərdən çox iqtisadi baxımdan qeyri-fəal qadın var. İqtisadi qeyri-fəallıq odur ki, insan əmək qabiliyyətli yaşındadır, amma müxtəlif səbəblərdən işləmir. Ölkə üzrə 1.411 mln. nəfər iqtisadi qeyri-fəal qadınların 575 min nəfərindən çoxu evdar qadınlar.

Dünya təcrübəsində bu problemlərin həlli üçün bir neçə yanaşma tətbiq olunur. Uşağa qayğı əmək stajı sayılır (Rusiya, Finlandiya), Evdar Qadınların Pensiya Fondu yaradılır (İtaliya), uşağa qayğıya görə  güzəştlər və ödənişlər sistemi yaradılır (Almaniya), eyni zamanda orta məktəblərdə uzadılmış dərs günü tətbiq edilir, uşaq baxçaları şəbəkələri genişləndirilir (Türkiyə). İsveçdə isə orta və kiçik müəssisələrin nəzdində Uşaq qayğı mərkəzi yaradılır. İranda evdar qadınlara sosial sığorta tətbiq edilir.  Bu sığorta işləyən vətəndaşın sosial sığortasından heç nə ilə fərqlənmir.

Bu problem artıq dünya miqyasında ciddi araşdırılır və ümumi inkişafı tormozlyan amillərdən biri, cəmiyyətdə disbalans yaradan hal kimi qeyd edilir.

Problemlərin həlli yolları-təkliflər

Başqa problem isə  nikahın pozulması zamanı qadınların hüquqsuz vəziyyətdə qalması ilə bağlıdır.  Nikahın pozulması zamanı kişilər  əmlakı başqasının adına qeydiyyata salır və  qadınlar heç bir əmlaka iddia edə bilmir. Nikahda olduğu müddətdə ev işləri, ev təsərrüfatının yaradılması, formalaşması, uşaqlara və ailə üzvlərinə qayğı üçün sərf edilən, əmək dəyərləndirilməmişqalır. Bu halların qarşısını alan nikah müqaviləsi bağlanması praktikası isə həddindən çox az tətbiq olunur. Region və kənd yerlərində isə demək olar ki, tətbiq edilmir.  Azərbaycanda isə İcbari tibbi sıorta belə tətbiq olunmur.

Evdar qadınlar az əhəmiyyətli iş görmürlər, Azərbaycanın gələcək nəslini tərbiyə edirlər, buna görə də onların əməyini layiqincə qiymətləndirmək lazımdır. Doğuşun stimullaşdırılması üçün də tədbirlər görülməlidir.  Müavinətlər ailənin maddi vəziyyətindən asılı olaraq ferdi yanaşma və ünvanlılıq prinsipi baxımından  evdar xanımlara ödənilməlidir.

Əgər ailəni təmin etmək iqtidarında olmayan tənha analardan və ya uşaqlarını təkbaşına  böyüdən evdar qadınlardan söhbət gedirsə, həmin vətəndaşlar müavinət, ünvanlı sosial yardım üçün müraciət edə bilərlər. Hazırda  özlərini ailəsinə və uşaqlarına həsr edən qadınlar əmək stajından, maaşdan və pensiya kaptalından məhrumdurlar. Amerikan tədqiqatçılarının hesablamalarına görə, əgər evdar qadınların gördüyü bütün işlərin əvəzi ödənilərsə, bu, aylıq 11 min dollar edir. Avropada bütün evdar xanımlara müavinət ödənilsedə orada sistem başqa cür qurulduğuna görə müqayisə aparmağa dəyməz. AB-də kişilər də dekret məzuniyyətinə gedir, Azərbaycan təcrübəsində isə bunu təsəvvür etmək belə çətindir.

Problemin həlli yollarından biri kimi Azərbaycanda evdar qadınlara münasibətdə pensiya kapitalı və əmək stajının hesablanması qaydalarına yenidən baxılması nəzərdən keçiriməlidr.

Regionlarda iqtisadi vəziyyətin möhkəmləndirilməsi, o cümlədən yeni iş yerlərinin yaradılması, habelə həm dövlət, həm də biznes sektorunda əməyin ödənilməsinə yenidən baxılması ola bilər.

Fəаl аnаlıq mərhələsində (hаmiləlik və uşаğın yеdizdirilməsi) оlаn qаdınlаrа işəgötürənlə rаzılаşdırаrаq fаsilələrin vахtının müəyyən оlunduğu, fərdi iş rеjiminin müəyyən оlunduğu fərdi iş qrаfikini  (fərdi iş rеjimini) tərtib еtməyi təklif еdirik.

Uşağa qulluğa görə müavinət ödənilməsinin tətbiqi imkanları  nəzərdən keçirilməlidir.

Uşağa qyağı müddətinin əmək stajı kimi nzərədə tutulması məqsədəmüvafiq oalrdı.

Regionlarda məktəbəqədər təhsil müəssisələrinin sayının artması və mövcud ehtiyacalr səviyyəsinə çatıdırılması sosial-iqtisadi planalşdırmaların əsas istiqamətlərindən biri kimi nəzərdə tutulmalıdır.

Evdar qadınalrın peşə təhsilnə cəlb edilməsi üçün effektiv mexanizmlər işlənilməsli və tətbiq edilməlidir.

Evdar qadınalrın mikrosahibkar kimi fəaliyyətə başlamalsı üçün güzəştli mikrokreditlər verilməsi sisteminin yaradılması nəzərdən keçirilməlidir.