XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2019 - 18:15

Qadın necə işsizlik müavinəti ala bilər?

Hər ay İşsizlikdən Sığorta Fonduna işəgötürənlər əmək fondunun 0,5 faizi, işləyənlər isə maaşlarının 0,5 faizi məbləğində vəsait ödəyirlər.

2019-cu il ərzində işsizlikdən sığorta ödənişi almış 1711 nəfərin 724-ü qadınlar olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında dövlət məşğulluq xidmətinin şöbə müdiri İsa Həsənovun sözlərinə görə, ödəniş alanların bir hissəsi minimum əməkhaqqı məbləğində və digər hissəsi ilə orta aylıq əməkhaqqı həddində alanlardır: “Minimum əməkhaqqı məbləğində ödəniş alanlar üzrə orta məbləğ 187 manat, orta aylıq əməkhaqqı həddində alanlar üzrə orta məbləğ isə 301,60 manat təşkil edib. Ümumilikdə isə işsizlikdən sığorta ödənişinin ölkə üzrə orta məbləği 270 manat olub.

Əvvəl pensiya hüququ qazanmış şəxslərin, o cümlədən əlillərin işsizlikdən sığorta ödənişi almaq hüququ yox idi. Lakin mövcud qanunda əmək qabiliyyətli yaşda olan əlillər işdən azal olunurlarsa və onlara münasib iş təklif etmək mümkün deyilsə, onlar həm pensiya, həm də işsizlikdən sığorta ödənişi ala bilirlər.

Vətəndaşlar iş yerlərinin və ştatların ləğvi nəticəsində işsizlikdən sığorta ödənişi ilə bağlı müraciət edə bilirlər. Bu ödəniş 6 ay müddətinə verilir. O cümlədən vətəndaş 24 ay müddətində işlə təmin olunmazsa, onun işsiz şəxs kimi qeydiyyatı saxlanılarsa, bu zaman həmin vətəndaşın təkrar 3 ay işsizlikdən sığorta ödənişi almaq hüququ yaranır. Bu məbləğ isə yenə minimum əməkhaqqı məbləği ilə tənzimlənir.

İşsizlikdən sığorta ödənişlərinin əsas mahiyyəti ondan ibarətdir ki, işsiz şəxslər müəyyən müddət ərzində daha aktiv şəkildə iş tapa bilsinlər

15 yaşına çatmış hər bir vətəndaş yaşadığı ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon/şəhər məşğulluq orqanlarında işaxtaran kimi qeydiyyata alına bilər. Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 11 iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən tərəfindən vakansiya qəbulundan imtina edildiyi halda, məşğulluq orqanı həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir. İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun 1 aydan sonra təkrarən məşğulluq orqanına müraciət etmək hüququ var.

Şəxs işaxtaran və işsiz kimi qeydiyyatdan hansı hallarda müvəqqəti çıxarılır?

  • hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
  • barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
  • işaxtaran və işsiz kimi qeydiyyata alındığı tarixdən 2 il ərzində məşğulluq orqanının təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 il müddətində qeydiyyatdan müvəqqəti çıxarılır.

Şəxsin işaxtaran və işsiz kimi qeydiyyatı hansı hallarda ləğv edilir?

  • işaxtaran və işsiz məşğulluq orqanının göndərişi əsasında münasib işlə təmin olunduqda və məşğul şəxs hesab edildikdə;
  • vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
  • təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə;
  • işaxtaran və işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə;
  • işsiz şəxsin qanunveriliyə müvafiq olaraq yaşa görə əmək pensiyası və müavinət almaq hüququ yarandıqda;
  • işsiz şəxs ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda qeydiyyatı ləğv edilir.

İşsizliyə görə sığorta müavinəti nədir və kimlər ala bilər?

Müəyyən edilmiş qaydada işsiz statusu almış vətəndaşlar işsizliyə görə sığorta müavinəti almaq hüququ qazanır. Bu müavinəti yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində işindən azad olan və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar ala bilərlər.

İşsizlik müavinəti almaq üçün şəxsin sığorta stajının olması tələb edilir. Qanunvericiliyə əsasən, müavinət şəxsin axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir.

Bu hesabat “Konstitusiya”  Araşdırmalar  Fondu tərəfindən Avropa İttifaqı və UNDP-nin dəstəyi ilə  ilə icra olunan  “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanıb.