XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

23 Mart 2016 - 18:35

Sosial Müdafiə Nazirliyinin əsasfəaliyyət istiqamətləri elektronlaşdırılıb

Son iki ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “İş yerinə dair arayış”, “Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” kimi daim cəmiyyətin fəal şəkildə yararlandığı yeni elektron xidmətlər yaradılaraq istifadəyə verilib.

Azərtac xəbər verir ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 elektron xidməti əhalinin istifadəsindədir. Onların əksəriyyəti vətəndaşların ən çox faydalandığı elektron xidmətlər sırasındadır.

Nazirliyin elektron xidmətlərindən istifadə sayı da getdikcə artır. Yanvar-fevral aylarında “Elektron Hökumət” portalından ümumi istifadənin (1 727 877 dəfə istifadə) 26 faizə yaxını (448 432 dəfə istifadə) məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə aid olub.