XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

24 Mart 2016 - 08:27

Tərkibində narkotik olan dərmanlarla bağlıciddi xəbərdarlıq

derman narko

Bundan sonra Birləşmiş Ştratlarda tərkibində narkotik olan ağrıkəsici dərmanların üzərində ciddi asılılıq və ölüm halları kimi yan təsirlər barədə xəbərdarlıq olacaq.

Xəstəliklərə Nəzarət Mərkəzi keçən həftə belə opidoid ağrıkəsicilərin asılılığa yol açdığını bildirib.

Birləşmiş Ştatların Qida və Dərman Administrasiyası opioid ağrıkəsici dərmanların istifadəsi ilə bağlı potensial risklər barədə xəbərdarlıq edərək, həkim və xəstələrin bu barədə maarifləndirilməsinə və həmin dərmanların üzərində təhlükəsizlik etiketlərinin vurulmasına çağırıb.  Qida və Dərman Administrasiyası bu kimi dərmanlardan sui-istifadə, narkomaniya, artıq doza və ölüm kimi ciddi risklər haqqında məlumat verilməsini tələb edib.(Amerikanın səsi)

Birləşmiş Ştatlar Xəstəliklərə Nəzarət Mərkəzi reseptlə verilən narkotikli dərmanların ölkənin səhiyyə sistemində böyük böhrana səbəb olduğunu deyir. Mərkəzin dediyinə görə, nə qədər çox insan reseptlə narkotik ağrıkəsici alırsa, heroin kimi narkotik maddələrə aludə olanların sayı artır və bu artıq epidemiya halını alıb. Təşkilat həkimlər və xəstələri ağrının azalması üçün alternativ yollar axtarmalarını məsləhət görür.