XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

24 Mart 2016 - 08:57

Azərbaycanda nə qədər vərəm xəstəsi var?

verem

 

24 mart – Beynəlxalq Vərəmlə Mübarizə Günüdür. 1882-ci il martın 24-də alman alimi Robert Kox tərəfindən vərəm mikobakteriyası aşkar edilib.

100 il sonra, 24 mart Dünya Səhiyyə Təşkilatı tərəfindən Vərəmlə Mübarizə günü elan olunub.

Vərəm xəstəliyi dünyada ən geniş yayılmış yoluxucu xəstəliklərdən biridir. İnsanın vərəm xəstəliyinə yoluxması 90-95 faiz hava-damcı yolu ilə baş verir. Vərəm xəstəliyi erkən aşkar olunmadıqda, xəstə həkimə vaxtında müraciət etmədikdə, müalicə çətinləşir, fəsadlar yaranır. Artıq bu, tək xəstənin deyil, bütün cəmiyyətin probleminə çevrilir.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 20 milyondan artıq insan vərəmdən əziyyət çəkir ki, onlardan da 7 milyonu açıq formadadır. Azərbaycanda da vərəmdən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Ölkəmizdə 2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə tədbirlər proqramı hazırlanıb. Proqramın əsas məqsədi vərəmin müalicəsinə yönəlmiş işlərdən ibarətdir. Müalicə stasionar şəraitdə aparılmalıdır. Müalicənin müddəti ən azı 6 ay, bəzən isə 2 ilə qədər davam edə bilər. Müalicə xəstəliyin lokalizasiyasından, ağırlığından, bəlğəm yaxmasının nəticəsindən, əvvəlki vərəmin müalicəsindən asılıdır.

Bu gün respublikamızda yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verir.

Ölkə üzrə peyvənd planının təxminən 95-96 faiz yerinə yetirilməsi nəticəsində xüsusi profilaktika vasitələrlə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib.

Vərəmli xəstələrin aktiv müalicəyə cəlb olunması, profilaktik tədbirlərin görülməsi, bu xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin edilməsi nəticəsində 2015-ci ildə bu xəstəlikdən ölüm hallarının sayı azalıb.