XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

24 Mart 2016 - 09:07

Dövlətin unutduğu lombardlar:Nəzarət Palatası yada salacaqmı?

 

lombard

Azərbaycanda lombardların fəaliyyətini dövlət nəzarətinə almaq lazımdır.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu sahədə fırıldaqçılıq halları artdığına görə dövlət lombardların fəaliyyətinə nəzarət etməlidir: “Bu vəzifəni Maliyyə Bazarlarına Nəzarət Palatası öz üzərinə götürə bilər”.

R.Quliyev əlavə edib ki, Palata Vergi və Ədliyyə nazirlikləri ilə birgə lombardların fəaliyyətinə nəzarəti həyata keçirə bilər.

Son vaxtlar lombardlara üstünlük verənlərin sayı artıb. Bu da, ilk növbədə, bank kreditlərinin verilməsi ilə bağlı tələblərin sərtləşdirilməsi ilə əlaqədardır. Bir çox ekspertlərin fikrincə, hazırda lombardlarda prosedurların sadə olması əhali arasında təkrar kredit götürmə hallarını artıra bilər.

Qeyd edək ki, Azərbaycanda lombardların fəaliyyətini tənzimləyən ayrıca qanun və ya xüsusi orqan yoxdur. Lakin dünya təcrübəsində bu bazara nəzarət etmək üçün müxtəlif vasitələr mövcuddur. Məsələn, Rusiyada lombardların fəaliyyətinə Mərkəzi Bank nəzarət edir, Fransada bu işlə xüsusi şura məşğul olur, Belçikada isə şəhər və vilayətlərin yerli şuraları tərəfindən nəzarət həyata keçirilir.

Bir çox ölkələrdə dövlət, eləcə də özəl lombardlar mövcuddur. Lakin bəzi ölkələrdə, məsələn, İndoneziyada lombardlara yalnız dövlət nəzarət edir və özəl sektorun nümayəndələri bu sahədə fəaliyyət göstərə bilməz.