XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

25 Mart 2016 - 13:35

Bu yola girməyin!- Sürücülərə xəbərdarlıq

Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq 26 mart 2016-cı il tarixindən etibarən sözügedən avtomobil yolunda "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tikinti işlərinə start verilir.

"Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli milli.az-a bildirib ki, tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanılır.

Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Sürücülərdən tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.