XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 12:04

Kəmaləddin Heydərov:"Dağıdılmış mülki obyektlər və yaşayış binalarının hamısı bərpa olunacaq"

“Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində zərər çəkmiş, dağıdılmış mülki obyektlər və yaşayış binalarının hamısı bərpa olunacaq, sökülüb yenidən tikiləcək”.

Bunu Gəncə şəhərində jurnalistlərə açıqlamasında Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Onun sözlərinə görə, bəzi insanlara evlər veriləcək və çəkdiyi zərərlər tərəfimizdən ödəniləcək: “Bununla bağlı Gəncə camaatının heç bir narahatlığı olmamalıdır”/Report.