XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 17:25

Türkiyə Qızıl Aypara Cəmiyyəti Azərbaycana yadımlar gətirir –Açıqlama

Türkiyənin Qızıl Aypara Cəmiyyəti erməni təxribatları zamanı evləri dağılan Azərbaycan vətəndaşlarına yardım göndərməkdə davam edir.

Bu barədə cəmiyyətin nümayəndəsi Osman Barış Diker bildirib.

O qeyd edib ki, Türkiyənin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kerem Kınıkın təlimatı ilə 4 gün əvvəl Ankaradan Bakıya yola düşüblər: “Bu gün isə qardaş ölkə Azərbaycana gəlib çatdıq. Hazırda içərisində yardım vasitələri olan 4 qoşqulu yük maşını (TIR) və digər avtomobillə Bakıya gedirik. Yardıma 250 ədəd ailə çadırı, 500 ədəd yataq dəsti, 3 min ədəd yorğan və 288 ədəd mətbəxt dəsti daxildir”.

Nümayəndənin sözlərinə görə, Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən Azərbaycana yadımlar davam edir.

Qeyd edək ki, Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərərindən bir neçə gün əvvəl də qardaş ölkədən Azərbaycana bir neçə TIR vasitəsi ilə yardımlar gətirilib/Report.