XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

26 Mart 2016 - 15:23

Yeni “ASAN xidmət” mərkəzləri açılır- Bu rayonlarda

inam-k

 

"Hazırda Bakıda yeni "ASAN xidmət" mərkəzinin açılmasına ehtiyac yoxdur".

Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov xatırladıb ki, hazırda Azərbaycanda 9 "ASAN xidmət" mərkəzi var: "Onlardan 5-i paytaxtda yerləşir. Bakıda olan mərkəzlər bütün vətəndaşlara xidmət göstərə bilir, bu səbəbdən də paytaxtda yeni mərkəzin açılması gözlənilmir. Bu il Masallı və Qəbələdə yeni "ASAN xidmət" mərkəzləri açılacaq".