XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

26 Mart 2016 - 17:00

Bu gün DünyaEpilepsiya Xəstələri Günüdür

Epilepsiya Xəstələri Günü və ya Bənövşəyi Rəng Günü ilk dəfə 2008-ci il marın 26-da qeyd olunub. Bu, Kanadadan olan, körpə çağlarından epilepsiya xəstəliyindən əziyyət çəkən doqquz yaşlı Kessidi Meqanın qəlbinin harayı idi. Əksəriyyət onun xəstəliyini dəliliyin yüngül forması kimi qəbul edirdi. Bu isə uşağı incidirdi. Kessidi adamları öz xəstəliyinə inandırmaq və onlara bu barədə danışmaq üçün Bənövşəyi Gün keçirmək qərarına gəlib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, martın 26-da keçirilən bu tədbirdə hər kəs epilepsiya xəstələrinə dəstəyini ifadə edə bilər. Yeni Şotlandiyada Epilepsiya Assosiasiyasının nümayəndələri, sonralar isə digər beynəlxalq təşkilatlar bu uşağın səsinə səs veriblər. Beləliklə, 2009-cu ildə Bənövşəyi Günü dəstəkləyən qrupun sıraları 100 minlərlə tələbənin, yüzlərlə siyasətçinin, habelə müxtəlif ictimai təşkilatların hesabına genişlənib. Torontoda məşhur televiziya qülləsini həmrəylik əlaməti olaraq bir axşam bənövşəyi rəngə boyayıblar.

Xroniki nevroloji xəstəlik olan epilepsiyaya qəfil qıcolmalar xarakterikdir. Bu xəstəlikdən Yuli Sezar, Aligyeri Dante, Napoleon Bonapart, Makedoniyalı İsgəndər, Alfred Nobel və digər məşhurlar əziyyət çəkiblər.