XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 19:06

İpoteka qoyulmuş torpaqların bazara çıxarılması qaydaları dəyişir –Detallar

İpoteka qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətlərinə dəyişiklik təklif edilir.

Bu, Milli Məclisin 27 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”  Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, ipoteka qoyulmuş torpaqların bazara çıxarılması “İpoteka haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.

Qüvvədə olan qanuna əsasən, girovsaxlayan, girovqoyanın öz öhdəliyini yerinə yetirmədiyi halda, girov qoyulmuş torpaq sahəsini bilavasitə, hərrac və ya müsabiqə yolu ilə sata, bağışlaya, dəyişdirə və torpaq bazarında digər əqdlər bağlaya bilərdi.

Girovsaxlayan xarici hüquqi və ya fiziki şəxs olduqda ipoteka müqaviləsində, girovla təmin edilmiş öhdəlik icra edilmədikdə, girov qoyulmuş torpaq sahəsinin ən geci bir il ərzində məcburi satılacağı barədə müddəa əks etdirilməliydi/APA.