XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 May 2015 - 11:13

Üzlükləri onu vuran şirkətə sökdürürlər –Açıqlama

Hacibala.jpg

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun Binəqədi rayonunda mayın 19-da yanan binanın sakinləri ilə görüşü başa çatıb.

Sakinlər görüşdən sonra H. Abutalıbovla birlikdə müvafiq sənədləri almaq üçün “ASAN Xidmətə” gediblər. Sakinlər sənədlərini aldıqdan sonra onlar üçün ayrılmış kompensasiyanı bankdan çıxara biləcəklər. (APA)

H. Abutalıbov jurnalistlərə açıqlamasında deyib ki, binalardakı üzlüklər onu binalara vuran şirkətlər tərəfindən sökülür.

Onun sözlərinə görə, söküntü işləri BŞİH-nin deyil, həmin şirkətlərin hesabına aparılır.