XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

28 Mart 2016 - 11:37

Bayıl və Badamdardakı sürüşmə sahələrində çat qeydə alınmayıb

surusme

 

“Ekspedisiyanın əməkdaşları Badamdar və Bayıl sürüşmə sahələrinə baş çəkiblər. Həmin ərazilərdəki sürüşmə sahələrində quraşdırılmış mayaklarda hər hansı bir yeni çat qeydə alınmayıb”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O qeyd edib ki, paytaxtın Səbail və Yasamal rayonlarında müşahidə nöqtələri var: “Bu gün səhər olan məlumata görə, həmin müşahidə nöqtələrində heç bir dəyişiklik yoxdur”.