XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2020 - 14:26

Düşmənin Tərtərə atdığı “Smerç” raketi “Azərxalça”ya ziyan vurub –FOTOLAR

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşinə tutub.

Məlumata görə, düşmən tərəfindən atılan “Smerç” raketlərindən biri şəhərin mərkəzinə düşüb. Güclü partlayış dalğası zamanı “Azərxalça” ASC-nin Tərtər şəhər ərazisində yerləşən filialının inzibati binasına külli miqdarda ziyan dəyib.

Xoşbəxtlikdən həmin vaxt binada “Azərxalça”nın işçiləri olmayıb. Yalnız filialın nəzarətçisi Rövşən Kərimli olub. O, “Report”un əməkdaşı ilə söhbət edən zaman bildirib ki, ötən gecə saat 8 radələrində düşmən tərəfindən atılan raket zamanı binanın qapı və pəncərələrinə, kompüter sisteminə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhəri və ətraf kəndlərə ümumilikdə 147 top mərmisi və 4 “Smerç” raketi atıb/Report.