XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 12:58

DİM məmur olmaq istəyənlərə müraciət etdi –Vakant vəzifələrin siyahısı

28 sentyabr 2020-ci il tarixində elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. 

Dövlət İmtahan Mərkəzindən Strateq.az-a verilən məlumata görə, müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşların qəbulu şöbəsi, Vətəndaşların qəbulu sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 24 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsi, Pensiya siyasəti sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 16 nəfər) vəzifələri olub.

Müsahibələrin 10 noyabr–21 dekabr 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı http://eservices.dim.gov.az/dqq/Report/MsbMshQrafiki?ElanID=405 əldə edə bilər.

29 sentyabr 2020-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki də müəyyən edilib. Elan üzrə 3 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 5 vakant vəzifə üzrə 7 yer müsahibəyə çıxarılmışdır. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 8 namizədlə 10 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Quba Rayon Məhkəməsi, hakimin köməkçisi (2 vakant yer üzrə 5 namizəd), Ağstafa Rayon Məhkəməsi, hakimin köməkçisi (1 vakant yer üzrə 2 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin 19-20 noyabr 2020-ci il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı http://eservices.dim.gov.az/dqq/Report/MsbMshQrafiki?ElanID=405 əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunub.