XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 16:33

Bu gün Tərtər rayon ərazisinə ümumilikdə 16 top mərmisi atılıb –Ölən və yaralanan olmayıb

Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad və Qazyan kəndlərini artilleriya atəşinə tutmaqda davam edir.

Məlumata görə, səhər saatlarından başlayaraq düşmən Tərtər rayon ərazisinə ümumilikdə 16 top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Sentyabrın 27-dən noyabrın 4-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən rayon ərazisinə ümumilkdə 15 767 top mərmisi, 21 raket atıb, 17 nəfər ölüb, 54 nəfər yaralanıb.

Nəticədə 952 evə ziyan dəyib, 137 ev, 32 yardımçı tikili, 2 sosial ev, 1 çoxmənzilli yaşayış binası, 3 istehsal obyekti, 11 ticarət obyekti, 2 inzibati bina və 2 ictimai-iaşə obyekti tamamilə dağılıb.

Bundan başqa, 66 çoxmənzilli yaşayış binasına, 67 yardımçı tikiliyə, 25 sosial obyektə, 1 abidəyə, 9 istehsal obyektinə, 3 su təchizatı obyektinə, 1 istilik təchizatı obyektinə, 28 ticarət obyektinə, 5 xidmət sahəsinə, 17 inzibati binaya, 10 məzar daşına ziyan dəyib.

Qeyd edək ki, əməkdaşımız Tərtər rayonunda çəkiliş edən zaman da rayon ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb/Report.