XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 22:16

Dağ yəhudiləri Azərbaycan xalqının yanındadır- FOTO

Uzun zamanlardan bəri Azərbaycanda ölkənin milli palitrasına xüsusi rəng qatan dağ yəhudiləri yaşayır. Azərbaycan və dağ yəhudisi xalqlarının mədəniyyəti və ənənələri uzun müddətdir ki, sıx təmasdadır və bir-birini zənginləşdirir. Azərbaycanın dağ yəhudilərinin vətənpərvərliyi və sədaqəti zamanın sınağından keçib və hətta ölkə xaricində də çox məşhurdur.

Trend-in məlumatına görə, dağ yəhudisi xalqının mədəniyyətinin qorunması və inkişafı ilə 2001-ci ildə yaradılmış STMEGİ beynəlxalq xeyriyyə fondu fəal məşğul olur. Fondun prezidenti German Zaxaryayevin təşəbbüsü ilə 4 il əvvəl Bakıda STMEGİ-Azərbaycan Fondu təsis edilib. Strukturun Azərbaycandakı nümayəndəliyinə Bakı dağ yəhudi icmasının liderlərindən biri, ictimai xadim Şaul Davıdov rəhbərlik edib. Fond dağ yəhudilərinin Bakı, Quba, Sumqayıt və digər yerlərdəki dini icmalarını, tədris müəssisələri və mədəniyyət təşkilatlarını fəal dəstəkləyir, humanitar yardım paylayır, maarifləndirmə işləri aparır. Fondun fəaliyyətinin vacib istiqaməti, həmçinin Azərbaycanın İsraillə və digər dövlətlərlə beynəlxalq əlaqələrinin inkişafıdır.

Dağ yəhudiləri bir ay əvvəl başlamış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz həmyerlilərinin problemlərində kənarda qalmayıb. Təəssüf ki, aktiv döyüş əməliyyatları bir neçə həftə davam edir və dinc şəhər və kəndlərdə çoxsaylı qurbanlara səbəb olub. Azərbaycan xalqı öz ordusunun döyüş ruhunun dəstəkləmək və zərərçəkənlərə kömək göstərmək üçün əlindən gələn hər şeyi edir. STMEGİ-Azərbaycan Fondu da istisna olmayıb: Fondun əməkdaşları Bərdə və Gəncə şəhərlərində döyüş əməliyyatlarında zərər çəkmiş şəxslərə humanitar yardımın yollanmasın təşkil edib. Bu aksiyanın reallaşırılmasında Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) və onun sədri Vahid Bayramov fəal dəstək göstərib. Aksiya zamanı Fondun nümayəndəsi İqor Şaulov ümidvar olduğunu bildirib ki, təqdim olunan kömək faydalı olacaq və qeyd edib ki, dağ yəhudiləri və onların simasında STMEGİ-Azərbaycan Fondu gələcəkdə də qardaş Azərbaycan xalqına dəstək göstərməyə hazırdır.