XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2020 - 19:44

Ombudsman Aparatı Ermənistanın Azərbaycana qarşı ekoloji terroru barədə məlumat yayıb

Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinə qarşı bir aydan artıqdır ki, hücumlarını davam etdirirdi. Mülki əhalinin və infrastrukutun məqsədli şəkildə hədəfə alınması Beynəlxalq Humanitar hüququn kobud şəkildə pozulmasıdır və müharibə cinayəti hesab olunur.

Ombudsman Aparatından APA-ya bildirilib ki, Ermənistanın hərbi və siyasi rəhbərliyi mülki əhaliyə qarşı dövlət dəstəkli terror aktları törətməkdən çəkinmir. Cinayətkar dövlətin qadağan olunmuş silahlardan istifadə etməsi ziyan vurulmuş ərazinin miqyasını genişləndirib.

“Son çarə olaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara vurduğu ciddi ziyanı nəzərə almadan, ekoloji terror aktları törədərək həll yolu kimi meşələrin yandırılmasını öz hərbi məqsədləri üçün istifadə edib.

Milli parklar da daxil olmaqla qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə tutulmuşdur. Şuşa şəhəri yaxınlığında meşə ərazilərindəki qiymətli ağaclar fosfor silahlarından istifadə nəticəsində yanıb. Nəticədə min illərdir formalaşan torpağın üst təbəqəsi tamamilə yanıb.

Bu müddət ərzində işğal olunmuş Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz istismara məruz qalıb.

Ümumi sahəsi 8000 hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyə ən ağır zərbə olub. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması deməkdir. Ekspertlərin bildirdiklərinə görə, ağ fosfor tipli bombalardan istifadə etməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir.

Bu ekoloji terrordur və beynəlxalq ictimaiyyət buna laqeyd qalmamalıdır”, – deyə məlumatda qeyd edilib.