XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 15:13

Zahid Oruc:"Qarabağda kiçik "Silikon Vadisi" yaratmaq təklif olunur"

“Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı yeni yaradıcı yanaşmalar mövcuddur”.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc bildirib.

“Bu istiqamətdə bir sıra təkliflər var. Bunlar Milli Konservatoriyanın Şuşaya köçürülməsi, burada Məclisi-Üns Natəvan divanının təşkil edilməsi, Qarabağda Silikon Vadisində mövcud olan yüksək texnologiyaların, startapların qurulması, Xankəndində ox, kaman kimi bədii kompazisiyaların yaradılmasıdır”, – o, qeyd edib.

“Bununla yanaşı, Qarabağda Dövlət Universitetinin, Azad İqtisadi Zonanın yaradılması, “Qarabağı yenidən quraq”, “Min ağ dam” adlı layihələrin həyata keçirilməsi, Qarabağda son 100 il ərzində qəhrəmanlıq göstərmiş şəxslərin büstlərinin yaradılması, işğaldan azad edilmiş zirvələrdə azadlıq məşəllərinin yaradılması ilə bağlı təkliflər var. Xankəndində Beynəlxalq Transplantasiya Mərkəzinin yaradılması, Xocalıdan Kahramanmaraşa və Təbrizə aviareysinin açılması, Kəlbəcər Qış-Turizm Mərkəzinin yaradılması, Qarabağda Azərbaycan, Türkiyə və İsrail ilə birgə PUA istehsalı müəssisəsinin yaradılması ilə bağlı təkliflər var”, – Z.Oruc əlavə edib/Report.