XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2020 - 12:23

Karantin qaydalarının pozulmasına görə 217 nəfərə xəbərdarlıq olunub, 5 nəfər cərimə edilib- FOTO

Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar Göyçay rayonunda karantin rejimi qaydalarına vətəndaşlar tərəfindən, eləcə də ictimai iaşə, ticarət obyektlərində və digər ictimai yerlərdə riayət olunmasına nəzarət məqsədilə reydlər davam edir.

Rayon icra hakimiyyətindən Azərtac-ın bölgə müxbirinə bildirilib ki, son vaxtlar respublikamızda koronavirus pandemiyasına yoluxanların sayının artması Göyçay rayonunda da ciddi narahatlıq doğurur. Buna görə də karantin rejimi qaydalarının gözlənilməsinə nəzarət mexanizmi gücləndirilib. Təkcə son 3 gün ərzində polis işçiləri tərəfindən küçə və parklarda, ictimai iaşə və ticarət obyektlərində, banklarda, bankomatların qarşısında 217 nöqsan aşkar edilərək ayrı-ayrı şəxslərə xəbərdarlıq olunub, 5 nəfər barəsində protokol tərtib edilib və hər biri 100 manat cərimələnib.