XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2020 - 00:23

Ermənilərin Naftalan və Goranboya vurduğu ziyan hesablanır –Açıqlama

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Goranboy və Naftalanda mülki əhaliyə dəymiş ziyanın hesablanmasına başlanılıb.

Bu barədə Naftalan və Goranboy üzrə İşçi Qrupun rəhbəri Elxan Əsədov məlumat verib.

Onun sözlərinə görə, Naftalan şəhərində 3 fərdi evə, 1 mülki obyektə zərər dəydiyi müəyyən olunub. Goranboy rayonunda isə ilkin olaraq 300-ə yaxın fərdi yaşayış evinə, obyektə, həmçinin məktəb və inzibati binalara zərər vurulub.

“Hazırda monitorinq aparılır, hesablanma işləri davam etdirilir. Ən çox zərər görən kənd isə Tap Qaraqoyunludur”, – deyə o, bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı noyabrın 10-da ordumuzun qələbəsi ilə başa çatıb/Report.