XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2020 - 14:28

Bakı şəhəri üzrə poliklinikalar gücləndirilmiş iş rejiminə keçib –Açıqlama

Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

Strateq.az nazirliyə istinadla xəbər verir ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19 –la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.