XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2020 - 16:42

Gürcüstanda azərbaycandilli məktəb bağlanıb –Koronavirusa görə

Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kəndinin azərbaycandilli ictimai məktəbində koronavirus aşkarlanıb.

Strateq.az Report-a istinadla xəbər verir ki, məktəbin bir neçə müəlliminin COVID-19-a yoluxduğu təsdiqlənib.

Bu səbəbdən siniflərdə dərslər dayandırılıb və təhsil müəssisəsi distant rejimə keçib.

Məktəbdə dezinfeksiya işləri aparılacaq.

Saqarecoda mövcud 26 ictimai məktəbin 16-da tədris prosesi adi, 10 məktəbdə isə artıq bir neçə həftədir distant formada davam etdirilir.