XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 19:42

Azərbaycanda yenidoğulanlar arasında oğlanların sayı azalıb- Rəqəmlər

Azərbaycanda hər 100 yenidoğulan qıza düşən oğlanların sayı azalıb.

Trend-in məlumatına görə, 1990-cı idən sonra ölkədə yenidoğulan oğlanların sayının daha çox üstünlük təşkil etdiyi illər 2003 və 2009-cu illər olub. Həmin illərdə hər 100 qıza 118 oğlan düşüb.

2009-cu ildən sonra bu nisbət getdikcə müsbətə doğru dəyişib. Belə ki, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olduğu halda, 2010-cu ildə hər 100 qıza 118, 2011-2014-cü ildə 116, 2015- 2017-ci illərdə 114 oğlan düşüb. 2018-ci ildə bu nisbət yenidən artaraq 115-ə yüksəlib, 2019-cu ildə isə bu göstərici yenidən azalaraq, 114-ə enib.

Son 3 il ərzində şəhər yerləri üzrə qızlara düşən oğlanların sayı sabit qalıb. 2017-2019-cu illərdə şəhər yerlərində hər 100 qıza 113 oğlan düşüb. Kənd yerlərində isə bu göstərici dəyişib. 2017-ci ildə kənd yerlərində 100 qıza 114, 2018-ci ildə 116, 2019-cu ildə 115 oğlan düşüb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri hələ bir müddət əvvəl gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın çatışmazlığı təhlükəsinin davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə biləcəyini açıqlayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova hazırda dünyanın bir sıra aktual problemlərindən birinin uşaqların cinsə görə nisbətinin pozulması olduğunu bildirib:

“Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans təbii surətdə baş verirsə, müdaxilə etmək düzgün olmazdı. Təəssüflər olsun ki, bu proses bir çox hallarda süni şəkildə baş verir”.