XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 20:54

64 obyektdə zəruri qayda və tələblər pozulub- İqtisadiyyat Nazirliyi

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, noyabrın 17-də aparılan monitorinqlər zamanı Nəsimi rayonunda “New life”, “Mübariz parfum” mağazalarında, Binəqədi rayonunda Akif Abıyevə, Mahir Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda Mahir Əliyevə məxsus mağazada, Vüqar Məmmədova məxsus “Market”də, Nərimanov rayonunda İlham Məmişova, Kazım Camalova məxsus mağazalarda, Xəzər rayonunda Azər Əliyevə, Məhəmməd İsmayılova, İsmayıl Əhmədova məxsus pərakəndə ticarət obyektlərində, Sabunçu rayonunda “ABC-Telecom” MMC-yə məxsus mağazada, Yasamal rayonunda “Al market”də, “Dokta” MMC-yə məxsus “Aptek”də, Xətai rayonunda Elvin Xankişiyevə, Nizami Musayevə məxsus mağazalarda, Suraxanı rayonunda “Buta farm” MMC-yə məxsus “Aptek”də, Zaur Rəhimova məxsus ət dükanında, Qaradağ rayonunda “AG Telekom” MMC-nin Lökbatan xidmət mərkəzində, Nizami rayonunda “Oba market”də, Gəncə şəhərində “LG elektrik” mağazasında, “Cehizlik mağazası”nda, “Sonti market”də, Sumqayıt şəhərində “Səfərli TM” ticarət obyektində, “Eleqant tekstil” MMC-də, Abşeron rayonunda Əli Zeynalova, Elxan Musayevə, Nurlan Vəlibəyova məxsus mağazalarda, Quba rayonunda Gültəkin Orucovaya məxsus pərakəndə ticarət obyektində, Sabirabad rayonunda Fuad Abdullayevə məxsus plastik qapı pəncərə sexində, Şəmkir rayonunda Hafiz Abdullayevə, Qabil Şükürova məxsus mağazalarda, ümumilikdə 64 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.