XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 21:26

“Azəristiliktəchizat” yeni qış mövsümünə 18 milyon manat borcla daxil olur- Açıqlama

Bu günə olan məlumata görə, “Azəristiliktəchizat” ASC-nin təbii qazdan istifadəyə görə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə 18 milyon manat borcu var.

Bunu “Report”a eksklüziv açıqlamasında qurumun sədrinin müavini İlham Mirzəliyev deyib.

İ.Mirzəliyevin sözlərinə görə, borc məsələsini hökumət həll edəcək: “Azəriqaz”a olan borc qış mövsümündə istilik təchizatında problem yaratmayacaq. Qoşulmaların gecikməsi “Azəristiliktəchizat” ASC-nin borcu ilə deyil, texniki məsələlərlə bağlıdır. Borcun ödəniməsi məsələsi ilə hökumət məşğul olacaq”.

Qeyd edək ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılır.