XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2020 - 21:14

Polietilen qablaşdırma məhsullarının yerini tutan çoxçeşidli alternativlər var- ETSN

İstifadə və istehlakının qadağan olunması nəzərdə tutulan polietilen qablaşdırma məhsullarının yerini tutan çoxçeşidli alternativlər mövcuddur.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib.

Onun sözlərinə görə, “Ətraf mühitin mühafizəsi haqqında” qanunda ediləcək dəyişikliklər, 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların – çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətləri nəzərdə tutur:

S.Məmmədova insanlara tövsiyə edir ki, həm özümüzün, həm də təbiətin qeydinə qalaraq, polietilen torbalar əvəzinə parça (eko çantalar), kağız torbalar və həsir çantalardan istifadə edək. Birdəfəlik plastik qabları isə kağız, şüşə, metal alternativləri ilə əvəz edə bilərik.