XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

24 Noyabr 2020 - 15:43

Səhiyyə Nazirliyi:"Qrip əleyhinə peyvəndlərin 80 faizi istifadə edilib"

“Azərbaycanda oktyabrın 12-dən mövsümi qripə qarşı tətbiq edilən peyvənd kampaniyası artıq yekunlaşmaq üzrədir”.

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunan virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkəyə gətirilən qrip peyvəndlərinin çox hissəsi əhalinin vaksinasiyasına istifadə edilib.

“Bakıya və regionlara paylanılan peyvəndlərin 80 faizi artıq istifadə edilib. Qrip peyvəndi nəzərdə tutulduğu kimi tibb işçiləri, hamilə qadınlar, xroniki tənəffüs problemi olan 6 aydan böyük uşaqlar və böyüklərə vurulub. Həmin şəxslərdən əlavə insanlar da mövsümi qrip peyvəndi almaq üçün yerli poliklinik müəssisələrə müraciət edirlər. Peyvəndləşmə uğurla davam etdirilir”/Report.