XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2020 - 19:04

Prezident İlham Əliyev sosial müavinətlərlə bağlı qanuna əlavələri təsdiqlədi –Dəyişiklik

Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişiklikləri təsdiq edib.

Strateq.az xəbər verir ki, qanuna əsasən, övladlığa götürülən uşağa görə hansı halda müavinətin təyin ediləcəyi müəyyənləşib.

Belə ki, qanuna dəyişiklik layihəsi ilə övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunacaq.

Həmçinin, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlərdən birini almaq hüququ olan şəxslərin övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin ediləcək.