Qafqaz Müsəlmanları İdarəsi Vasim Məmmədəliyev adına təqaüd təsis edəcək.
Bunu “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransında Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru rektor Aqil Şirinov deyib.
O bildirib ki, təqaüd Azərbaycan İlahiyyat İnstitutunun yaxşı nəticələr göstərən 3 tələbəsinə təqdim olunacaq.
Rektor buna görə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxüslam Allahşükür Paşazadəyə təşəkkürünü bildirib/APA.