XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

30 Noyabr 2020 - 19:43

“Cəbhəboyu ərazilərdə yüzdən çox şəxsi heyət minatəmizləmə fəaliyyətini həyata keçirir”- ANAMA

İkinci Qarabağ müharibəsi zamanı düşmən ərazilərimizi tərk edərkən həmin bölgələri kortəbii şəkildə minalayıb. Düşmən tərəfindən ərazilərimizə 1400-dən çox qadağan olunmuş mərmi və silahlar atılıb. Hazırda cəbhəboyu ərazilərdə yüzdən çox şəxsi heyət minatəmizləmə fəaliyyətini davam etdirməkdədir.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov noyabrın 30-da təşkil olunan mətbuat konfransında deyib.

İdris İsmayılov qeyd edib ki, düşmən işğalından azad olunan ərazilərin 80-85 faizi təhlükəlidir. Əkin yerləri, dağlıq ərazilər, otlaq sahələri minalardan təmizlənəcək. İnsanların öz ata-baba yurdlarına qayıtmasının tez müddətdə həyata keçirilməsi nəzərdə tutulur(azərtac).