XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

31 Mart 2016 - 13:53

Tələbələrin təqaüdləri niyə verilmir? –BDU-dan açıqlama

 

bdu.jpg

Bakı Dövlət Universitetinin tələbələri 2 aydan çoxdur ki, təqaüdlərini ala bilmirlər".

Bu barədə universitetin jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi Fidan Həsənzadə sosial şəbəkələrdə məlumat yayıb.

Tələbə soruşur: 

"Beynəlxaq Bankda, BDU-da 17 min tələbənin təqaüdünü 2 aydan çoxdur ki, hesablayıb bitirə bilmirlər. O bankdakıları qoyaq bir qırağa, universitetdə o boyda tətbiqi riyaziyyat fakültəsinin müəllimləri, tələbələri, elmi işçiləri var. Mart sabah bitir, amma biz hələ fevral ayının 55 manatlıq təqaüdünü ala bilməmişik".

Məsələ ilə bağlı BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanovla bildirib ki, təqaüdlərin gecikdirilməsi onlardan asılı məsələ deyil.

O, səbəb kimi ödənişli oxuyan tələbələrin təqaüd kartlarının hazırlandığını göstərib:

"Bildiyimiz kimi, Nazirlər Kabineti tərəfindən fevral ayında ödənişli əsaslarla oxuyan tələbələrə təqaüd ayrılması ilə bağlı qərar verilib. Bu qərarı ödənişli və dövlət sifarişli tələbələrə uyğunlaşdırmağa çalışırıq. Artıq bütün əmrlər verilib, texniki məsələlər qalıb. Ödənişli tələbələrə yenidən kart hazırlanır, yeni sistem, proqram təminatı – bunların hamısı vaxt aparan şeydir. Fevral, mart aylarında baş verən ləngimələr də bu səbəbdəndir və bizdən asılı deyil. Yəqin ki, yaxın 10 gün ərzində təqaüdlər kartlara köçürüləcək. Birinci dövlət sifarişli tələbələr təqaüdlərini alacaqlar, daha sonra ödənişli oxuyanlar".

Qafqazinfo.az